"Valideynin məktəbdə bir günü" təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Valideyn-müəllim-şagird üçbucağı” adlı sosial media layihəsinə uyğun olaraq məktəbdə müxtəlif tədbirlər həyata keçirilir.
Layihənin əsas məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin paytaxtın təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılmasından ibarətdir.
Layihə çərçivəsində məktəbin ibtidai sinif müəllimi İlahə İsmayılovanın təşəbbüsü ilə 2 a sinfinin valideynləri “Valideynin məktəbdə bir günü” adı altında məktəbdə oldular.Valideynlər məktəbin kitabxanasında öz övladlarına nağıllar oxudu,onlara maraqlı tövsiyyələr verdilər.
Tədbirdə işi ilə əlaqədar iştirak edə bilməyən valideynlər,telefon vasitəsilə görüntülu zəng edib övladlarına arzularını, nəsihətlərini bildirdilər.