Məktəbin həyətyanı sahəsində güləkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin biologiya müəllimi Azər Nəbiyevin təşəbbüsü ilə 8b sinif şagirdləri ilə birlikdə məktəbin həyətyanı sahəsində güləkmə aksiyası keçirilib.
Aksiya zamanı ətraf mühitin yaşıllaşdırılması istiqamətində gül kolları əkən məktəblilər, eyni zamanda ekoloji tarazlığın bərpası, təbiətə qayğı, ətraf mühitin mühafizəsi istiqamətində maarifləniblər.
Qeyd edək ki,Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dayanıqlı inkişafa doğru atılmış bir təşəbbüsdür. Bu təşəbbüs sadəcə simvolik məna kəsb etmir, də ölkənin gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində qətiyyətli öhdəliyini, strateji planlaşdırmasını və fəal tədbirlərini əks etdirən addımdır.