3-cü sinif şagirdləri arasında ana dili, riyaziyyat və ingilis dili fənnindən monitorinq keçirildi.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17157882976644da097efba8.18070057.jpg)
Bakı Şəhər Təhsil İdarəsinin göstərişinə əsasən bu gün məktəbin 3-cü sinif şagirdləri arasında ana dili, riyaziyyat və ingilis dili fənnindən monitorinq keçirildi. Monitorinqə məktəb rəhbərliyi birbaşa nəzarət etdi. Məktəbin direktoru Nizaməddin Ağcayev, təlim- tərbiyə işləri üzrə direktor müavini Məmmədli Güllər sinif otaqlarında olub prosesin gedişatını yaxından izlədilər. Monitorinq 90 dəqiqəni əhatə etdi. Bu zaman ərzində tehsilalanlar 40 suali cavablandırmağa çalışdılar. Monitorinqin nəticələri ən qısa zamanda təhlil olunduqdan sonra valideynlərlə birlikdə müzakirə olunacaqdır.