Fevralın 24-də ilk dərslər Xocalı soyqırımına həsr edildi

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən məktəbimizdə ilk dərslər Xocalı soyqırımına həsr edildi. Tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dərsləri tədris edən müəllimlər 25 il bundan əvvəl Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər. Fikir mübadiləsi zamanı şagirdlər təcavüzkar ermənilərin tarix boyu apardıqları mənfur siyasətlərdən bəhs edib, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə inandıqlarını bildiriblər. Qeyd edək ki, eyni zamanda məktəbin foyesində Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş sərgiyə baxış keçirilib və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov şagirdlərə geniş məlumat verib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi