“Millətin imzası var, imzaların içində" adlı tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Millətin imzası var, imzaların içində,, adlı tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 çi ildönümü münasibətilə şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, həmçinin ümummilli lider Heydər Əliyev haqqında ,,100 ilin imzası,, kitabının müəllifi Gülşən Behbud məktəbin ibtidai sinif müəllimi İlahə İsmayılovanın təşəbbüsü ilə məktəbimizdə qonaq olub , tədbirdə iştirak etdi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin şagirdləri tərəfindən 2009-2024-cü illər ərzində Ulu Öndərin zəngin irsinin təbliği istiqamətindəki fəaliyyətini əks etdirən təqdimatlar və videoçarx nümayiş olunub.
Məktəbin direktoru Nizaməddin Ağcayev və Gülşən Behbud öz çıxışlarında Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olduğunu qeyd ediblər. Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti və xalqı tarixinin şərəfli və qürurverici dövrünü yaşadığı vurğulandı.
Tədbirin bədii hissəsində ibtidai sinif şagirdləri ,,Heydər babamızın nəvələriyik,, adlı mahnı oxudular.
Qonağımız Gülşən xanım təşkil olunmuş tədbirdən razı qaldığını bildirib,qonaq kimi dəvət olunmasından məmnunluğunu ifadə edib öz təşəkkürünü bildirdi.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirdə iştirak edən və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdlər məktəbin direktoru Nizaməddin Ağcayev tərəfindən diplomlarla təltif olundular.