"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda dərs keçirildi.
"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planı"na əsasən məktəbin coğrafiya müəllimi Səbuhi Şirinov 8d sinfində COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda dərs keçdi.
Dərsin keçirilməsində məqsəd şagirdləri ekoloji terror barədə məlumatlandırmaq,eyni zamanda gələcəkdə işğaldan azad olunmuş torpaqlarda dövlətimiz tərəfindən görüləcək işlər barədə məlumatlandırmaqdan ibarətdir.