“Oxu günü” ərəfəsində şagirdlərin "Elm muzeyi"nə ekskursiyası təşkil olunub.
Məktəbin ibtidai sinif müəllimi Hatəmi Bahar 3 c sinfinin şagirdləri ilə birlikdə "Elm muzeyi"nə ekskursiya edib.
Muzeylərə ekskursiyaların təşkil olunmasının məqsədi şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.