Vll sinif şagirdləri arasında biologiya fənni üzrə intellektual yarış keçirildi.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş intellektual yarış keçirildi.

25.04.2024 cü il tarixində məktəbin biologiya müəllimlərinin birgə təşkilatçılığı ilə Vll sinif şagirdləri arasında biologiyadan intellektual yarış keçirildi.

Yarışda 6 komanda hər komandada 6 nəfər şagird iştirak edirdi.

Yarışın keçirilməsində məqsəd şagirdlərin biologiya fənni üzrə biliklərinin yoxlanılması və onların komanda ilə işləmək bacarıqlarının artırılmasıdır.

Yarışda 7 c sinfinin "Qarabağ" komandası qalib gəldi.

Yarışın sonunda 3 yer üzrə şagirdlər diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi