"Füzuli dünyası" adlı intellektual yarış keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024 cü il tarixli sərəncamına əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi məqsədilə bu gün məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə şairə həsr olunmuş "Füzuli dünyası" adlı intellektual yarış keçirilib.

Yarış 8a,8b,8c,8ç,8d sinifləri arasında ,beş komanda ilə,hər komandada beş nəfər olmaqla keçirilib.

Yarışda 8 c sinfinin komandası qalib gəldi.

Qalıb komanda məktəbin direktoru Nizaməddin Ağcayev tərəfindən diplomla təltif olundu.

Yarışın keçirilməsində məqsəd məktəblilər arasında milli - mənəvi dəyərləri təbliğ etmək,dahi şairin zəngin ədəbi - bədii irsi ilə bağlı gənc nəsli maarifləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi