"Yaşıl Dünyamız" adlı təlim keçirildi.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiyasiyasının təşkilatçılığı ilə keçirilən "Təlimçilər üçün təlim proqramı" çərçivəsində davamlılıq layihəsi :

E.Cəfərov adına 118 saylı tam orta məktəbdə Yaşıl dünya həmrəylik ilinə həsr olunmuş "Yaşıl Dünyamız" təlimi keçirildi. Məktəbin gənc müəllimi Pərvanə Çopsiyeva tərəfindən təşkil olunan təlimdə 279,226,76,114 və 118 nömrəli tam orta məktəblərin müəllimləri iştirak etmişdir. Təlim zamanı ətraf mühitin mühafizəsi, biomüxtəliflik, iqlim dəyişiklikləri və çirklənmə mövzusu ətrafında müzakirələr olundu. Müəllimlər üçün dərs prosesində istifadə edə biləcəkləri platformalar, simulyasiyalar və online oyunlar təqdim olundu. Maarifləndirici videoçarxlar və tədris metodları üçün lazımi saytlar müəllimlərlə bölüşüldü. Sonda məktəbin həyətyanı sahəsində xatirə ağacı əkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi