4-cü siniflərdə monitorinq keçirildi.
18.04.2024-cü il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Güllər Məmmədlinin rəhbərliyi ilə 4-cü siniflərdə monitorinq keçirildi.
Monitorinq 2 fənn üzrə Azərbaycan dili və riyaziyyat fənnləri üzrə,hər fəndən 30 sual olmaqla keçirildi.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik, bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.