"Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində" məişət tullantılarından hazırlanmış əl işləri sərgisi təşkil olunub.
Məktəbin 2 c sinif şagirdləri sinif rəhbərləri Fəridə Balayevanın rəhbərliyi altında istifadəyə yararsız materiallardan yaratdıqları əşyalardan ibarət sərgi keçirdib əl işləri təqdim etdilər. Əvvəlcə şagirdlər əldə etdikləri biliklər haqqında məlumat verdilər və hazırladıqları işləri təqdim etdilər.Əsasən şüşə və plastik qablardan, kartondan, müxtəlif rəngli kağızlardan, parça qalıqlarından istifadə etdilər. Onlar bir daha məişət tullantılarının lazımsız əşyalar toplusu olmadığını öz yaratdıqları nümunələrlə sübut etdilər.
Bu tədbirin keçirilməsində məqsəd məişət tullantılarının ətraf mühitə təsiri və təkrar emalı yollarını, şagirdlərin əl işlərini, bacarıq və qabiliyyətlərini nümayiş etdirməkdir.