"Erkən nikah" mövzusunda maarifləndirici tədbir keçirildi.
17.04.2024-cü il tarixində məktəbin tibb bacısı Xalidə Süleymanova, UBT rəhbəri Sinarə Məmmədova, sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Kəmalə Əmirzadə və psixoloq Aytac Məmmədovanın iştirakı ilə məktəbin 8 və 9-cu sinif qız şagirdləri ilə "Erkən nikah" və "Qohumlararası nikahın fəsadları" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.