Xocalısız 25 il

22 fevral 2017 – ci il tarixində Bakı şəhəri Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdə“ Xocalısız 25 il” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının səhnəyə gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Şagirdlər tərəfindən “Xocalı faciəsi” mənzərəsini əks etdirən guşə qarşısına əkil qoyuldu. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək bildirdi ki, Xocalı soyqırımının iyirmi beşinci ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha dərin hüznlə baş sağlığı veririk. Məktəblilər Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verdilər. Şagirdlər tərəfindən Xocalı faciəsini əks etdirən səhnəcik, monoloq, müxtəlif şeir və musiqilər ifa olundu. Məktəbə təşrif buyuran qonaqlardan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov çıxış edərək Xocalı soyqırımının XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu qeyd etdi. Bir gecədə şəhid olan yüzlərlə xocalıların və onların ardınca gedən fədakar vətən övladlarının, o cümlədən Azərbaycanın suverenliyi, azadlığı, müstəqilliyi yolunda canlarından keçən bütün şəhidlərimizin ruhu, əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edildi. Tədbirdə Suraxanı Rayon 30 – cu polis bölməsinin sahə müvəkkili polis kapitanı Şahin Rüstəmov, Dövlət Təhlükəsizlik xidmətinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Pərvin Əlizadə, 37 saylı musiqi məktəbinin direktoru Möhüb Babayev, Hövsan kənd ağsaqqalı Hacı Balağa Hacıyev, məktəb valideyn icmasının sədri Hacı Allahverən Məmmədov, valideyn və şagirdlər iştirak etdilər. Dini qurumlar üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov çıxış edərək bildirdi ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır. Tədbirdə Xocalı faciəsinin qurbanlarını və Azərbaycan ordusunun qüdrətini əks etdirən video çarxlar nümayiş etdirildi. Tədbirin yekun hissəsində gələcək əsgərlərimiz öz güclərini göstərərək hər an mənfur düşməni məhv etmək iqtidarında olduqlarını nümayiş etdirdilər. Tədbir Məmmədli Fatimənin monoloqu, məktəblilərin bir övlad kimi vətənimizə, dövlətimizə layiqli vətəndaş olmalarına and içmələri və Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusunun yenilməzliyi haqqındakı çıxışı ilə sona yetdi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək tədbir təşkilatçılarına: Rəhilə Hacıyeva, Aynurə Əliyeva, Ülkər Yaqubova və iştirakçı şagirdlərə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi