“Yaşıl Dünya Naminə Həmrəylik ili" layihəsi çərçivəsində bilik yarışı keçirilib.
“Yaşıl Dünya Naminə Həmrəylik ili” layihəsi çərçivəsində tədbirlərimizin davamı olaraq tarix müəllimi Könul Abdulxalıqova məktəb kitabxanasinda 5-ci sinif şagirdləri arasında Azərbaycan tarixinə həsr edilmiş bilik yarışı keçirdi. 3 mərhələdən ibarət yarışma uşaqların intellektual səviyyəsini,tariximizlə bağlı biliklərini üzə çıxartdı. Yarışmanın qalibi olan 5“B” sinif şagirdlərinin “Qələbə” qrupu diplomla təltif olundular. Sonda bütün iştirakçılara uğurlar arzulayaraq tariximizə, mədəniyyətimizə daha dərindən bələd olmaq tövsiyə olundu.