3 ə sinfinə şəhid mayor Elxan Nəcəfinin adının verilməsi münasibətilə tədbir keçirildi.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbin sinif otaqlarına şəhid adları verilir. Artıq məktəbimizdə şəhid adını daşıyan dörd sinif otağı var: Şəhid Vaqif Mərdanov,şəhid Kamal Qasımov,şəhid Eissavi Muhammad və şəhid Elxan Nəcəfi adına sinif otaqları.

Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub.

Elxan Nəcəfi ikinci Qarabağ döyüşlərində iştirak etmişdir.

Mayor Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı - sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub.

Bu gün məktəbin ibtidai sinif müəllimi Şəlalə Novruzovanın təşkilatçılığı ilə məktəbin 3 ə sinfinə şəhid mayor Elxan Nəcəfinin adının verilməsi münasibətilə tədbir keçirildi.

Əvvəlcə məktəbin həyətində şəhidimizin adına ağaclar əkildi.Sonra şəhidimizin ailə üzvləri və şəhid ailələrinin iştirakı ilə bütün şəhid adını daşıyan sinif otaqları ziyarət edildi,şəhid guşələrinə gül qoyuldu.

Sonra tədbirin rəsmi hissəsi başladı.Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, sonra Azərbaycan respublikasının dövlət himni səsləndirildi.

Şəhidin ailə üzvləri çixiş edib,şəhidlə bağlı xatirələrini bölüşüdü.

Tədbir zamanı şagirdlər şəhidlərimizə aid şeirlər kompozisiyalarla çıxış etdilər.

Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev və Suraxanı Rayon Icra Hakimiyyətinin şöbə müdiri Elmar müəllim öz çıxışlarında şəhid və qazi ailələrinə dövlətin göstərdiyi qayğıdan söz açdılar. Şəhid ailələrinə başsağlığı verib, Suraxanı dövlətin şəhid ailələrini hər zaman diqqət mərkəzində saxladığını vurğuladılar. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxşında vətənə qeyrətli oğullar yetişdirdiyi üçün şəhid ailələrinə öz dərin minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi