Suraxanıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib

Aprelin 5-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Müsabiqənin ilkin mərhələsi rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə təxminən 2 həftə ərzində 478 şagird məqalə hazırlamışdır. Həmin məqalələri 10 nəfər tarix müəllimindən ibarət komissiya tam konfidensiallıq və şəffaflıq qoruyaraq yoxlamışdir.

Müsabiqədə məktəbimizin 10-cu sinif şagirdləri tarix müəllimi Gülər Osmanovanın rəhbərliyi ilə "Rəvvadilər dövləti"nə aid səhnəcik ilə iştirak etmişdir.

Müsabiqənin rayon mərhələsində fərqlənən şagirdlər İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi