“Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirib.
Təhsil Nazirliyinin Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirdiyi Reproduktiv sağlamlığın tədrisi layihəsinə əsasən təlimçi, psixoloq Leyla Hacıyeva məktəbin VI siniflərinin qız şagirdləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirib.
Seminarda yeniyetməlik dövrünün xüsusiyətləri, uşaqların inkişaf mərhələləri, bioloji və cinsi yetişkənlik, yetkinlik dövrü diaqramı, qadın reproduktiv sistemi və digər mövzular haqqında şagirdlərə ətraflı məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.