"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində nümunəvi dərs təşkil edilib.

Yaşıl dünya təbiəti sevməkdir, canlanmadır, mərhəmətdir, həyatsevərlikdir.

2024-cü il Azərbaycan Respublikası Prezidentini sərəncamı ilə,,Yaşıl dünya naminə həmrəylik ili,,dir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Cəfərova ,,Yaşıl dünya naminə həmrəylik ili,, çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi məqsədilə nümunəvi dərs təşkil edib.

Dərs zamanı müəllim şagirdlərə yaşıllığın qorunmasınin vacibliyi barədə məlumat verib, bildirdi ki,vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur.

Dərs zamanı şagirdlərə təbiəti qorumaqla bağlı videoçarx nümayiş etdirildi,şagirdlər mövzu ilə bağlı təqdimatlar,şeirlər səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi