Aprel döyüşləri ilə bağlı nümunəvi dərs keçirildi.

3 aprel 2024-cü il tarixində məktəbin tarix müəllimi Elnurə Quliyeva Aprel döyüşləri ilə bağlı nümunəvi dərs keçdi.Dərsin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra müəllim aprel döyüşləri barədə şagirdlərə ətraflı məlumat verdi,şagirdlər öz təqdimatlarını təqdim etdi, aprel hadisələri barədə videoçarx nümayiş etdirildi.

Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi