Suraxanıda təntənəli Novruz şənliyi keçirilib.

Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda da böyük izdihamla qeyd olunub. Martın 18-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.

Meydanın ortasında yerləşdirilən səməni, eləcə də novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər. Məclisə faytonda daxil olan el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub.

Tədbirdə rayon məktəbləri ilə yanaşı 118 nömrəli məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

Məktəbin 6 b sinfinin rəhbəri Nərmin Əzimovanın təşkilatçılığı ilə 6 b sinfinin şagirdləri tədbirdə iştirak edib.Sagirdlərimiz kosa - keçəl,haxısta, milli rəqslərimiz ilə tədbirdə çıxış edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi