Şəhid ailəsi ziyarət olunub.

Torpaq-əgər,uğrunda ölən varsa, vətəndir!

Vətəni uğrunda canından keçə oğullarımızdan biri də Elxan Şükür oğlu Nəcəfidir.Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub.

Elxan Nəcəfi ikinci Qarabağ döyüşlərində iştirak etmişdir.

Mayor Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı - sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub.

Şəhidimizin atası Şükür Nəcəfi də,birinci Qarabağ savaşında iştirak edib,şəhid olmuşdur.

Novruz bayramı ərəfəsində məktəbimizin ibtidai sinif müəllimi Şəlalə Novruzovanın rəhbərlik etdiyi 3 ə sinif şagirdləri vətənimizin azadlığı uğrunda canından keçmiş Mayor Elxan Nəcəfinin əziz xatirəsini yad etmək məqsədilə,şəhidin doğulub boya başa çatdığı evi, ailəsini ziyarət edib.

Şəhidin ailə üzvləri bu ziyarətdən çox sevinib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edib.Elxan Nəcəfinin anası oğlunun həyatı haqqında uşaqlara maraqlı məlumatlar verib.

Şagirdlər mayorun şəxsi əşyaları ilə tanış olub ,keçdiyi döyüş yolu haqqında məlumatlar əldə ediblər.Şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi