"Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri" adlı maarifləndirici tədbir keçirilib.

13 mart 2024 cü il tarixində məktəbdə Elm və Təhsil Nazirliyinin dəstəyi,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri" adlı maarifləndirici tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi,9-11 çi sinif şagirdləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva iştirak etdi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nizaməddin Ağcayev açaraq mövzunun aktuallığından və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdı.

Sonra Səmra Əliyeva “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri ” barədə danışıb. Qeyd olunub ki, erkən nikaha məruz qalan qızların təhsildən uzaqlaşmaları nəticəsində onlar cəmiyyətdən kənar qalma və sosiallaşma problemləri ilə üzləşirlər. Bu isə onların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş təhsil hüquqlarının pozulmasına, hüququnu bilməyən təbəqənin formalaşmasına, nəticədə isə cəmiyyətin savadsızlaşmasına şərait yaradır.

Sonra şagirdlərə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, şagirdlərlə mövzu ətrafında diskussiya aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi