Sertifikatlaşdırma ilə bağlı məktəb rəhbərliyi görüş keçirib.
Görüşdə məktəbin direktoru Nizaməddin Ağcayev,təlim-tərbiyə işləri üzrə direktor müavini Məhsəti Məmmədova, riyaziyyat fənn metodibirləşmə rəhbəri Lalə Quliyeva, xarici dillər metodibirləşmə rəhbəri Elmayə Əliyeva, riyaziyyat, ingilis, rus dili müəllimləri iştirak ediblər.
Bildirilib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafına xidmət edir. Sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyaclarının müəyyən edildiyini söyləyən metodibirləşmə rəhbərləri sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb.
Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları barədə məlumat verilib.Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.