"Xocalı soyqırımını unutma" adlı təqdimat müsabiqəsi keçirildi.

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.Bu soyqırımı,eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi cinayətdir.

Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır, vəhşiliyin görünməmiş təzahürüdür.

Xocalı soyqırımının 32-ci ildönümündə məktəbin tarix müəllimi,t.ü.f.d Amənə Kərbalayeva,Gülər Osmanova, Elnurə Quliyevanın birgə təşkilatçılığı ilə məktəbin 7 ci sinifləri arasında ,,Xocalı soyqırımını unutma,, adlı təqdimat müsabiqəsi keçirildi.Musabiqədə şagirdlər öz rəsm əsərləri,divar qəzetləri,esseləri ilə çıxış etdi.Musabiqədə məktəbin müəllimlərindən ibarət jüri heyəti iştirak etdi.Fərqlənən şagirdlər müəyyənləşdirildi.1,2 və 3 cü yerə layiq olan şagirdlər məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhsəti Məmmədova və müəllim Amənə Kərbalayeva tərəfindən diplomlar və hədiyyələrlə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi