Xocalı soyqırımına həsr olunmuş dərslər keçirildi.
Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlər həyata keçirilir. Fevralın 26-də məktəbin bütün siniflərində dərslər Xocalı soyqırımına həsr olundu.