Milli Azərbaycan Tarixi Muzeyi və Siyasi Repressiya Qurbanları Muzeyinə ekskursiya təşkil olunub.
Məktəbin tarix müəllimi t.ü.f.d Amanə Kərbalayeva,sinif rəhbəri Əfsanə Əliyeva və UBT rəhbəri Sinarə Məmmədovanın təşkilatçılığı ilə şagirdlərimiz Milli Azərbaycan Tarixi Muzeyi və Siyasi Repressiya Qurbanları Muzeyində ekskursiyada oldu.
5 b və 8 b sinif sagirdlərinin iştirakı ilə baş tutan ekskursiya zamanı şagirdlərə sovet dövründə repressiyalara məruz qalmış önəmli şəxsiyyətlər haqqında məlumatlar verilib və həmin dövrdə repressiyaların necə baş verdiyi ətraflı şəkildə izah olunaraq əsaslı şəkildə göstərilib. Eyni zamanda şagirdlər həmin dövrə aid yazılı materiallarla tanış olub, diskussiya aparıblar. Sonda xatirə şəkilləri çəkilib.