Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi tamam olur.

Bu gün görkəmki yazıçı dramaturq, nasir Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi tamam olur.

Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır. XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının "Usta Zeynal" (1905), "Dəllək" (1906), "İranda hürriyyət" (1906), "Fatma xala" (1906), "Qurbanəli bəy", "Quzu" (1914), "Nigarançılıq" (1916), "Konsulun arvadı" (1918), "Pirverdinin xoruzu" (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.

Görkəmli yazıçı 1932-ci ildə vəfat edib.

Məktəbin Azərbaycan dili müəllimi Aynur Qafarlı 6 c sinfində Cəlil Məmmədquluzadə yaradıcılığına həsr olunmuş nümunəvi dərs təşkil etdi.Dərsdə şagirdlərə C.Məmmədquluzadə yaradıcılığı haqqında məlumat verildi,sonra isə şagirdlərə yazıçının əsərlərinə çəkilmiş filmlərdən videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi