Beynəlxalq Ana Dili Günü qeyd olunur.
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin Azərbaycan dili müəllimlərinin və şagirdlərin iştirakı ilə dəyirmi masa təşkil olunub.Dəyirmi masada əvvəlcə müəllim Nəzakət Rəhimova və Çinarə Məhərrəmova Ana Dili Günü haqqında məlumat verib, mövzu ilə bağlı maraqlı faktları şagirdlərin nəzərinə çatdırdılar.
Sonra Cəlil Məmmədquluzadənin,,Anamın kitabı,, əsəri əsasında çəkilmiş tamaşasından bəzi hissələr şagirdlərə izlədildi.Tamaşadan sonra şagirdlər və müəllimlər tamaşa ilə və Cəlil Məmmədquluzadənin ,,Sirkə,, hekayəsi ilə bağlı müzakirələr apardılar.Ana dilimizin yaranma tarixindən,tarixin müxtəlif dövrlərində dilimizə qoyulan qadağalardan və hal hazırda dilimizin vəziyyəti barədə danişib müzakirələr apardılar.
Sonda məktəbin Azərbaycan-dili müəllimi Elmira Qədirova çıxış edərək dedi:
"Bu dil bizim ruhumuzun hər hissinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Bu dil tariximizə salınan körpüdür. Bayatının, dili yüyrək olan nağılların, Dədə Qorqudun boy boylayıb, soy soyladığı dastanın dilidir. Xətayimizin zirvələrə yüksəltdiyi, hər sözündə, cümləsində ulu əcdadlarımızın hay-harayı duyulan dildir. Bu gün dilimizin öz günüdür, söz günüdür. Əziz şagirdlər, dilimizi uca tutun, onda olan hər sözün qədrini bilin, ona dəyər verin ".