"MƏKTƏB TƏHLÜKƏSİZLİK QAYDALARI" ilə bağlı seminar keçirilib.
Cəmiyyətdə məktəb şagirdlərinin , müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki,psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi dəyərləndirilir. Bununla belə aidiyyatı şəxslərin laqeydliyi səbəbindən kənar şəxslərin təhsil müəssisələrinə daxil olması və digər neqativ hallar müəssisədə olan şəxslərin bir çox təhlükələrlə qarşılaşmalarına gətirib çıxara bilər.
Bu cür neqativ halların qarşısının alınması məqsədilə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadə və psixoloq Aytac Məmmədovanın təşkilatçılığı ilə məktəbin bir neçə siniflərində seminar keçirilib.
Seminarın əsas məqsədi şagirdləri təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq , məktəbin sinif otaqlarınin qorunması barədə şagirdlərə tövsiyyələr vermək, sinifdaxili qayda-qanunlar barədə şagirdləri məlumatlandirmaqdan ibarətdir.