14 fevral dünyada “Beynəlxalq kitab bağışlama günü” olaraq qeyd olunur.
Bu bayramın yaranması ABŞ-da məşhur "Delightful Children's Books" uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı isə ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmadığını soruşub. 2012-ci ildən bu günə qədər bu bayramı qeyd edən ölkələrin sayı da artıb.
Bu əlamətdar gün kitab bağışlayan, kitaba dəyər verən bütün insanları birləşdirir.
Məktəbin bir qrup şagirdi bu günkü gün münasibətilə məktəb kitabxanasına və müəllimlərə kitablar bağışlayıb.
Sevdiklərinizə kitab bağışlayın,çünki kitab ümiddir, yeni dünyalara açılan bir qapıdır.