Faşizm üzərində qələbənin 70 illiyi qeyd edildi

May ayının 7-də Suraxanı rayonu Hövsan qəsəbəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önündə Hövsan qəsəbəsində yerləşən 76,118,196,270,280 və 281 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi bayram tədbirinə yığışmışdılar.Öncə tədbir iştirakçıları Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi iştirakçılarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər,abidə önünə tər çiçəklər düzdülər.Tədbirdə həmçinin məktəb direktorları,rayon icra numayəndəsi,kənd sakinləri də iştirak edirdilər.Tədbiri giriş sözüylə 118 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Akif Məmmədov açdı.Öz nitqində o,Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu,azərbaycanlıların istər döyüş meydanlarında,istərsədə arxa cəbhədə göstərdikləri qəhramanlıqlar barədə geniş məlumat verdi.Bildirdi ki,bu tarixi qələbənin əldə olunmasında hövsanlıların da az rolu olmayıb.Sovet İttifaqı Qəhramanı Qafur Məmmədovun adı və qəhramanlıqları xüsusulə qeyd edildi.Daha sonra natiq Ulu öndər Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı göstərdiyini və bu kursun cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib,bu qayğı və diqqətə görə veteranlar adından minnətdarlığını bildirdi.Tədbirə dəvət edilmiş müharibə veteranları da öz çıxışlarında ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə səmimi minnətdarlıqlarını bildirdilər.Tədbir məktəblilərin maraqlı şeir və mahnıları ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi