"Ana harayı" abidəsi ziyarət edildi

Xocalı soyqırımı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərinin işğalı zamanı etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşüb. Azərbaycan dövləti və xalqı bu günü unutmur və heç zaman unutmayacaq. Xocalı faciəsinin 25-cü ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq məktəbimizin müəllimləri və şagirdləri 18 fevral 2017-ci tarixində Bakının Xətai rayonu ərazisində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi