Ulu öndərin 92-ci ildönümü münasibətilə 118 nömrəli tam orta məktəbdə iməcilik keçirildi

Azərbaycan xalqı mayın 9-da faşizm üzərində Qələbənin 70 illiyini və mayın 10-da müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü təntənəli qeyd edir. Bu əlamətdar günlər ölkəmizin bütün bölgələrində hər bir fəaliyyət sahəsini təmsil edən vətəndaşların iştirakı ilə bayram tədbirləri keçirilir. Bununla əlaqədar Təhsil Nazirliyi bayram tədbirlərindən biri kimi mayın 9-da müəllim, şagird və texniki işçilər fəal cəlb olunmaqla təhsil müəssisələrində iməclik keçirlməsini tövsiyyə etmişdir. Bu tövsiyyəyə əsasən Bakı şəhəri E.Cəfərov adına 118№-li tam orta məktəbin rəhbərliyi, müəllim kollektivi, şagirdləri , texniki işçiləri və bir neçə valideynlərin iştirakı ilə geniş iməclik keçirildi. Məktəbin həyətyanı sahəsində abadlıq, yaşıllıq, təmizlik işləri aparıldı, 30 ədəd şam və zeytun ağacı əkildi, ağacların dibi yumşaldıldı və gövdələri ağardıldı. Yaşıllıq sahələrinin otu biçildi. İməclikdə məktəbin direktoru Nizaməddin Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Sabir Tağıyev, təşkilatçı Mahir Hüseynov və müəllim kollektivi fəal iştirak etdilər. Valideynlərdən isə Allahveren Məmmədov, Qoçəli Əliyev və başqaları məktəbə bu işdə yaxından köməklik göstərdilər. Tədbirin sonunda məktəbin rəhbərliyi iməclik iştirakçılarına öz təşəkkürünü bildirdi və xatirə şəkli çəkdirildi.