Məktəbdə Pedoqoji Şura İclası keçirildi.

31.01.2024 cü il tarixində məktəbdə Pedoqoji Şura İclası keçirildi.

İclasda 2023-2024-cü yarımilin yekunlarının müzakirəsi,

• təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;

• ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;

• şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;

• müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;

• ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;

• sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;

• ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;

Mövzusunda müzakirələr aparıldı.

Məktəbin direktoru Nizaməddin Ağcayev öz çıxışında etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət olunmasına dair tədbirlərin keçirilməsi, müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili ilə bağlı təlimatlar verdi.

Sonda məsul şəxslər müəyyənləşdirildi və görülmüş işlərin və qərarların icrası ilə müntəzəm hesabatlılığın təmin edilməsi məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadəyə tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi