Uşaq sığınacağını ziyarət edilib.

Bu gün məktəbin ibtidai sinif müəllimi Fəridə Balayeva 2 c sinfinin şagirdləri və bir qrup valideynlərlə birlikdə Uşaq sığınacağını ziyarət edib.

Sığınacaqda onları sığınacağın təsisçisi Kəmalə Ağazadə qəbul edib.Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacaqda yaşayan uşaqların yaşam tərzi,təhsil şəraiti,onlara göstərilən diqqət və qayğı,uşaqların gələcək taleyi barədə məlumat verib.

Şagirdlərin və valideynlərin bu cür ziyarətlərinin məqsədi şagirdlərdə yardımlaşmaq qabiliyyətini formalaşdırmaq, empatiya hissi aşılamaq,sığınacaqda yaşayan şagirdlərə kiçik də olsa yardım etmək,onları sevindirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi