"Gələcəyini Qur!" Gəncliyə Dəstək Layihəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi haqqında X sinif şagirdləri məlumatlandırıldı.Layihənin məqsədi,ali məktəbə hazırlaşmaq imkanı məhdud,lakin oxuma həvəsi olan,bilikli və bacarıqlı gənclərin ali məktəbə qəbul olmalarına dəstək göstərmək,müxtəlif imkan və fürsətlərdən yararlanmalarına şərait yaratmaqla onların həyatda uğur əldə etmələrinə dəstək vermək,bunula da Azərbaycan cəmiyyətinə yüksək intellektli milli və mənəvi dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.Layihə 2014-cü ildən həyata keçirilir.Layihənin məzunları hal-hazırda qəbul imtahanlarıdan topladıqları yüksək balların nəticəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində ödənişsiz təhsil alırlar.Sonda layihə ilə bağlı ətraflı məlumat əldə etmələri üçün şagirdlərə broşuralar paylanıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi