20-Yanvar Azərbaycan xalqının qan yaddaşıdır.

20-Yanvar Azərbaycan xalqının qan yaddaşıdır. Üzərindən 34 il keçsə də, xalqımız bu tarixi unutmur .Ümumxalq hüzn günü ərəfəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilir.

Məktəbin illik fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə, tədbirlər planına uyğun olaraq yanvarın 18-də məktəbin UBT rəhbəri Sinarə Məmmədovanın rəhbərliyi ilə 7ə sinif şagirdləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər. Şagirdlər şəhidlərin məzarları üzərinə tər qərənfillər düzdülər. Vətən fədailərinin ruhları hörmət və ehtiramla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi