Böyük summativ qiymətləndirmələrin elektron qaydada keçirilməsinə başlanılmışdır.
Böyük summativ qiymətləndirmələrin keçirilməsinə Azərbycan Respublikası Elm və Təhsil Nazirliyinin "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr"lə bağlı 15.09.2021-ci il tarixli,03-08-681/13 nömrəli təlimatı məktubuna əsasən 16 yanvar 2024-cü il tarixindən başlanıldı.
Qiymətləndirmənin keçirilməsi qrafiki təsdiqlənmiş cədvəl əsasında şagirdlərin və valideynlərin nəzərinə çatdırıldı.Qiymətləndirmə vasitələri məktəb rəhbərləri və metodbirləşmə rəhbərləri tərəfindən təsdiq edildi.Elm və Təhsil Nazirliyinin təlimatı məktubuna əsasən məktəbdə "Rəqəmsal bacarqlar"layihəsi tətbiq olunduğu üçün BSQ-lər 4,5-6,9,10,11 ci siniflərdə keçirilir.4-cü siniflərdə bütün fənlər üzrə,5-6 cı siniflərdə "Ümumi Təhsil"pilləsinin buraxılış fənləri üzrə,9 cu siniflərdə bütün fənlərdən,10 cu siniflərdə buraxılış fənlərindən,11 ci siniflərdə bütün fənlər üzrə təşkil olundu.BSQ-nin obyektiv, şəffaf və düzgün aparılması üçün məktəb rəhbərliyi ciddi nəzarət etdi.BSQ-lərin keçirilməsi 25 yanvar 2024-cü il tarixinədək davam edəcəkdir.