"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib.
12.01.2024-cü il tarixində məktəbdə məktəbin psixoloqu Səid Lətifli tərəfindən "Reproduktiv sağlamlıq tədbiri çərçivəsində" "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir VIII-IX sinif şagirdləri (oğlanlar)arasında keçirilib.
Tədbirdə oğlan şagirdlərə gigiyena barədə zəruri informasiyalar verildi. Şəxsi və ümumi gigiyena qaydaları şərh edildi. Ətraf mühitin insan sağlamlığına təsiri və düzgün qidalanmanın gün rejiminə əhəmiyyətli təsirlərindən danışıldı, şagirdlər arasında fikir mübadiləsi aparıldı. Mövzu üzrə verilən suallar cavablandırıldı.