Gigiyena və düzgün qıdalanma sağlamlığın əsasıdır
Şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinə VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda göndərilən təlimata əsasən məktəbin psixoloqu Aytac Məmmədova tərəfindən 8-ci sinif qız şagirdləri üçün “Gigiyena və düzgün qıdalanma sağlamlığın əsasıdır” mövzusunda II seminar keçirilib.
Çıxış edən məktəb psixoloqu bildirib ki, gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması cəmiyyət olaraq qarşımızda duran ən vacib məsələlərdəndir. Sağlam qidalanma isə elə sağlam gələcəyin təməlidir.Psixoloq Aytac Məmmədova şagirdlərlə gigiyena barədə zəruri informasiyaları bölüşüb, şəxsi və ümumi gigiyena qaydalarını izah edib. Bundan başqa ətraf mühitin insan sağlamlığına təsiri haqqında da danışılıb.
Sonda şagirdlərlə mövzuya uyğun məşğələ keçirilib.Şagirdlərlə fikir mübadiləsi aparılıb.