Məktəbimizin idmançıları
Son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı geniş vüsət almışdır.Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 25 ildən artıq bir zamanda müstəqilliyini qazanan gənc bir dövlətin idman sahəsində də əldə etdiyi nailiyyətlər yüksək səviyyədədir.Artıq elə bir mötəbər yarış yoxdur ki, idmançılarımız orada ölkəmizi təmsil etməsinlər,medal və mükafatlar gətirməsinlər.Təbii ki, bütün bu nailiyyətlərin arxasında ölkəmizin idmana göstərdiyi hərtərəfli qayğı və vətənpərvər Azərbaycan idmançıları dayanır.Belə idmançıların yetişdirilməsində heç şübhəsiz məktəblərin rolu böyükdür.Məktəbimizin şagirdləri də idman yarışlarında fəal iştirak edir və uğur qazanmaq üçün çox çalışırlar.20 yanvar 2017-ci il tarixində yeniyetmələr arasında cüdo üzrə “Şahin” idman klubunun açıq birinciliyndə 50kq çəki dərəcəsində VI sinif şagirdi Əsədullayev Cahid III yeri tutduğuna görə diplomla təltif olunmuşdur.12 fevral 2017-ci il tarixində yeniyetmələr arasında “ATEF” şirkətlər qrupu MMC-nin cüdo üzrə kuboku uğrunda açıq birinciliyində 24kq çəki dərəcəsində yaxşı güləşdiyinə görə I sinif şagirdi Mərdanov Elgün, 42kq çəki dərəcəsində III yeri tutduğuna görə VIII sinif şagirdi Sərxanov İlkin, 46kq çəki dərəcəsində II yeri tutduğuna görə VI sinif şagirdi Əsədullayev Cahid diplomla təltif edilmişdir.Şagirdlərimizi təbrik edir,onlara uğurlar arzulayırıq.