BŞİH- nin təşkilatçılığı ilə hazırlanan "Heydər Əliyev və Azərbaycan tarixi" kitabı çap edilib.

Bakı şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan "Heydər Əliyev və Azərbaycan tarixi" kitabı Bakı məktəblilərinin tariximizin müxtəlif mərhələləri ilə bağlı esselərinin toplandığı növbəti kitabdır.Şagirdlərin müstəqil araşdırmalarını əks etdirən esselər toplusu hər zaman gənc nəslə xalqımızın tarixi keçmişini öyrənməyə tövsiyə edən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilir.

Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

Məktəbimizin XI sinif şagirdi Rəhmanova Hilda da bu şagirdlərin arasında yer alır.Məktəbin müəllimi tarix üzrə fəlsəfə doktoru Amənə Kərbalayevanin elmi rəhbərliyi ilə Rəhmanova Hilda "Salarilər dövləti" haqqında referat ilə kitabda yer alıb.

Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdimiz təbrik edib ona gələcək işlərində uğurlar arzulayıb və diplomla mükafatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi