Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” na əsasən məktəbdə tədbir keçirilib.

Ailə mühiti, tərbiyəsi hər bir uşağın sonrakı taleyində əsas rol oynayır. Onun evdə aldığı tərbiyə metodu sonrakı həyatının, yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Ailədə qoyulan ilkin tərbiyə digər mühitlərdə daha da təkmilləşir, şəxsin cəmiyyətdə müəyyən istiqamətdə yer tutmasına yol açır. Təhsil ocaqları uşaqların, yeniyetmələrin, gənclərin maariflənməsində, etik davranışlarının, şəxsiyyətlərinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayır. Həm ümumi təhsil müəssisələrində, həm də orta ixtisas və ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları, narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində təbliğat işləri aparılır, maarifləndirici tədbirlər həyata keçirilir. Müxtəlif broşürlər və bukletlər vasitəsilə narkomaniyanın cəmiyyətdə doğurduğu fəsadlar, mənfi təsirləri ilə bağlı məlumatlar qeyd olunur, anti-reklam lövhələri asılır, təbliğat materialları paylanılır. Məktəblərdə bu mövzu ilə bağlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil olunur. Eyni zamanda, mövzu ilə bağlı inşa müsabiqələrinin keçirilməsi, bu sahə üzrə səlahiyyətli şəxslərin məktəblərə dəvət olunması, onların şagirdlərlə söhbətləri bu sahədə atılan addımlardandır.

21.12.2023 cü il tarixində məktəbin müəllimləri Aynur Qafarlı və İlahə İsmayılovanın birgə təşkilatçılığı ilə məktəbin akt zalında "Əllərində həyat var adlı" tədbir keçirildi.

Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərlə mübarizə ilə bağlı maarifləndiriməkdir.

Tədbirdə Suraxanı RPİ-nin rəis müavini polis polkovnik-leytenantı Surxay Vəliyev,RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik bölmənin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev,həmin bölmənin inspektoru polis kapitanı İlahə Balayeva, veteranlar şurasının sədri Vasif Nuriyev,RİH-nin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Əsədullayev, Höccət-ibn Həsən məscidi dini icmasının sədri Allahverən Məmmədzadə, müəllim və şagird kollektivi və digər qonaqlar iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin bədii hissəsində şagirdlər narkomaniyaya aid səhnəciklər nümayiş etdirdi.

Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra tədbirə dəvət olunmuş qonaqlar, məktəbin direktoru Nizaməddin Ağcayev və psixoloqu Səid Lətifli çixiş etdi.Onlar əsrimizin bəlası olan narkotik vasitələri ,onların törətdiyi bəlalar barədə şagirdlərə məlumat verdi.Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi