İnformatika fənni üzrə RFO-nun rayon (şəhər) mərhələsinin nəticələri elan edildi.

İnformatika fənni üzrə RFO-nun rayon (şəhər) mərhələsi VIII və IX sinif şagirdləri üçün 16 dekabr, X və XI sinif şagirdləri üçün isə 17 dekabr 2023-cü il tarixində təşkil edilib.

Yarış əsnasında avtomatik qiymətləndirmə sistemi vasitəsilə VIII sinif şagirdlərinin göndərdiyi 3986 həll, IX sinif şagirdlərinin göndərdiyi 4477 həll, X sinif şagirdlərin göndərdiyi 5291 həll, XI sinif şagirdlərinin göndərdiyi 3657 həll olmaqla, ümumilikdə 17411 həll icra edilib. Nəticələrə əsasən 100 bal və daha yuxarı toplamış şagirdlər növbəti mərhələdə iştirak hüququ qazanıb.

Məktəbimiz 9 cu sinif şagirdləri Letifi Məryəm və Yusifov Nadir rayon(şəhər) mərhələsinin qalibi olub yarimfinal turuna vəsiqə qazanmışlar.

Qalib gələn şagirdləri məktəbin direktoru Nizaməddin Ağcayev diplomlarla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi