Kitabxanada "Oxu saatı" .
Məktəbin kitabxanasında "Oxu saatı" keçirilib. "Oxu saatı"nın keçirilməsində məqsəd şagirdlərdə oxuyub anlama bacarıqlarını inkişaf etdirmək, onları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.
Uşaqlar bizim gələcəyimizdir. Onların düzgün mütaliəsi üçün, bilik və nitq mədəniyyətinin zənginləşməsi üçün görkəmli uşaq yazıçılarımız maraqlı uşaq kitabları yazırlar.
Əziz uşaqlar! Kitabı sevin, qoruyun və oxuyun. Oxuyun ki, öyrənəsiniz. Nitqiniz daha zəngin, intellektual səviyyəniz daha yüksək olsun. Kitab bizim yaxın dostumuz, mütaliə sağlam düşüncə və zəngin bilik mənbəyimizdir.