Uşaqların sağlamlığında şəxsi gigiyenanın əhəmiyyətindən danışılıb.
Uşaqların sağlamlığında şəxsi gigiyenanın, sağlam qidalanmanın əhəmiyyəti barədə məktəbin 7-11ci siniflərində geniş söhbətlər aparılıb. Tibb bacısı Xalidə Süleymanova tərəfindən aparılan söhbət nəticəsində şagirdlər “Necə qidalanmalı, öz gigiyenalarının qayğısına necə qalmalı?” və s. bu kimi suallara cavab tapıblar. Şagirdlərin dırnaqları, saçları yoxlanılıb. Onlara lazımı məsləhətlər verilib.