Bu gün məktəbimizdə VII sinif şagirdləri arasında riyaziyyat fənnindən “Bilik yarışı” keçirildi. Yarışda məktəb rəhbərliyi,müəllimlər,şagirdlər və valideynlər iştirak edirdi. Yarışda hər sinifdən 6 nəfər şagird olmaqla 18 nəfər şagird iştirak etdi. Yarışı açıq elan edən məktəbin riyaziyyat müəllimi Nəbat Şirəliyeva əvvəlcə iştirakçıları salamladı, daha sonra yarış haqqında onlara məlumat verdi və münsiflər heyətini təqdim etdi. Yarışda I yerə VIIa, II yerə VIIc, III yerə isə VIIb sinfi sahib oldu. Sonda çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev belə yarışların uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə təşkil edildiyini və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət etdiyini vurğuladı və komandaları fəxri fərmanla təltif etdi,tədbir təşkilatçılarına təşəkkürünü bildirdi.