"Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti" mövzusunda açıq dərs keçirilib.
12.12.2023-cü il tarixində məktəbin tarix müəllimi Gülər Osmanovanın təşkilatçılığı ilə 10-a sinfində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı "Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti" mövzusunda açıq dərs keçirilib. Dərs zamanı şagirdlərə Ulu Öndərimizin həyatı və siyasi fəaliyyəti barədə, ölkəmizin və xalqımızın yenidən azadlığa qovuşmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, prezidentliyi dövründə ölkəmizin bütün sahələrdə inkişafı uğrunda apardığı uğurlu islahatlardan bəhs edildi.