12 dekabr Ümumilli lider Heydər Əliyevin anım günüdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

12 dekabr tarixi bu böyük şəxsiyyətin anım günüdür.

Bu münasibətlə bütün müəssisələrdə silsilə tədbirlər davam edir.

Bu gün məktəbdə Hövsan Mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Əbədiyaşar Lider" adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərai bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ulu Öndər Heydər Əliyev haqqında şagirdlərə videoçarx nümayiş etdirildi.Şagirdlər Ulu öndərə həsr olunmuş şeirlər söylədilər.Sonda şagirdlər "Sən elə bir zirvəsən" mahnısını səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi